Türkiyənin Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 4-də yerli vaxtla saat 24.00-a qədər uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti mayın 4-də növbəti toplantı keçirəcək.
Videokonfrans formatında olacaq toplantının gündəliyində yeni növ koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yolları müzakirə olunacaq. Hökumət normallaşma prosesinin mərhələli qaydada həllini istəyir. İnfeksiyasına qarşı mübarizə tədbirlərinə edilən dəyişiklik barədə hökumətin iclasından sonra məlumat veriləcək.