6 May 2020 16:47
5 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan parlamentinin sədri Dariqa Nazarbayevanın vəzifəsinə xitam verilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, jurnalistlər Peskovdan Rusiya Prezidenti Vladimir Putinin qazax həmkarı Kasım-Jomart Tokayev və Qazaxıstanın ilk dövlət başçısı Nursultan Nazarbayevlə bu barədə danışıb-danışmadığını soruşublar.

Rusiya prezidentinin rəsmi nümayəndəsinin suala cavabı belə olub: “Xeyr, belə bir danışıq olmayıb. Bu, Qazaxıstanın daxili işidir”.

Kremlin bu prosesi izləyib-izləmədiyi sualına isə Peskov “qeyd-şərtsiz” cavabını verib.

2019-cu ilin martından bu günə qədər Qazaxıstan parlamentinin spikeri olan Dariqa Nazarbayeva Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin böyük qızıdır.

Ötən həftə dövlət başçısı Kasım-Jomart Tokayev onun səlahiyyətlərinə xitam verilməsi barədə sərəncam imzalayıb. Bu qərarın səbəbi hələlik açıqlanmayıb. Daha sonra Tokayev Tvitterdə Nazarbayevaya senatın sədri kimi aktiv və səmərəli fəaliyyətinə görə təşəkkür edib


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər