Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 649 nəfər artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 30 076 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 6 111nəfər artaraq 201 101 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 261 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.