Biz Rusiyanın qanunsuz hərəkətlərinə yol verməyəcəyik.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond deyib. O Rusiyanın hərəkətlərini kəskin şəkildə pisləyib və prezident Vladimir Putinə hədələyib.
Nazir vurğulayıb ki, Böyük Britaniya və qərb dünyası kommunizm üzərində qələbə qazandığı 25 il ərzində Rusiyaya dostluq münasibətləri, investisiya, ticarət və əməkdaşlıq məsələlərində əməkdaşlıq təklif edib. Ancaq Putinin Ukraynada törrətdikləri və üstəlik Rusiyanın MH17 reysini vuraraq 298 günahsız insanı qətlə yetirməsi bu təkliflərin dəyişməsi ilə nəticələnib.
Hemmond Putini hədələyərək deyib ki, Rusiya NATO-a üzv ölkələrdən hər hansı birinə təhlükə yaradarsa, buna mütləq cavab veriləcək.
Samir