Dünyada koronavirusa yoluxanların sayı sutka ərzində 61 mindən çox artaraq 3,9 milyonu keçib. Təsdiq edilmiş ölüm hallarının sayı 8 mindən çox artaraq 274 mini keçib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata əsasən, dünyada 3 917 366 yoluxma və 274 361 ölüm halı qeydə alınıb. Sutkada yoluxanların sayı 61 578, ölüm halları isə 8 499 nəfər artıb.Ən çox yoluxma və ölüm halları Avropada müşahidə olunub: müvafiq olaraq 1 707 946 və 155 552 hal. 24 saat ərzində yoluxanların sayı 25 608, ölüm halları isə 1319 nəfər artıb.
Şimali və Cənubi Amerikada 1 655 378 nəfər koronavirusa yoluxub, 98,723 nəfər ölüb. Sutkada yoluxanların sayı baxımından (18 537) bu bölgə Avropadan aşağı yerdədir, amma son 24 saat ərzində orada daha çox ölüm (6 830) faktı aşkarlanıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 10-na olan vəziyyətə görə, orada 255 728 yoluxma faktı aşkarlandı, 8 878 ölüm halı qeyd edilib. 24 saat ərzində xəstələnənlərin sayı 9706 nəfər artıb, 130 nəfər ölüb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 245 775), İspaniyada (223 578), İtaliyada (218 268), Böyük Britaniyada (215 264), Rusiyada (209 688), Almaniyada (169 218), Braziliyada (145 328), Türkiyədə (137 115), Fransada (137 008) və İranda (106 220) qeydə alınıb.