“Tehran ABŞ Prezidenti Donald Trampın İrana qarşı hər hansı hərbi addımına sərt cavab verəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidentinin Tehrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməyə veto qoyması haqda danışan İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
“Trampın veto ilə bağlı qərarında iki məqsədi ola bilər. Birincisi, bu məsələ onun partiyasının qarşıdan gələn seçkilərdə qalib gəlmək cəhdi ilə bağlıdır. İkinci cəhət isə ABŞ-ın İranla hərbi qarşıdurma ehtimalının olmasıdır. Ümid edirik ki, Trampın hərəkətləri ikinci hədəfə diktə edilmir, çünki ABŞ-ın istənilən hərbi addımına İranın cavabı sərt olacaq”, - səfir bildirib.
Əlavə edək ki, mayın 7-də ABŞ prezidenti Konqresin İrana qarşı ölkənin hərbi gücündən istifadə hüququnu məhdudlaşdıran qətnaməsinə veto qoyub.