Belarusda son sutka ərzində koronavirusa 969 nəfər yoluxub, 5 nəfər isə bu infeksiyadan ölüb.
Teleqraf.com xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 29 min 650 nəfərdir. Onlardan 9 min 932 nəfəri tam sağalaraq evə buraxılıb, 165 nəfər isə həyatını itirib.
İndiyədək Belarusda koronavirusla bağlı 350 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.