21 May 2020 11:55
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında siyasi və sosial əlaqələr dəyərləndirilərkən münaqişə bölgəsi olan Donbas və Krımla bağlı irəliləyiş əldə edilməyib.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin yaydığı bəyanatda qeyd edilib.

Sözügedən bəyanat Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyətə gəlməsinin 1 illiyi münasibəti ilə verilib.

Qeyd edilib ki, Ukrayna dövlət başçısı Zelenski 20 may 2019-cu ildə inaqurasiya mərasimi keçirərək səlahiyyətlərinin icrasına başlayıb. Bu gün prezidentlik müddətinin ilk 1 ilinə dair keçirdiyi mətbuat konfransında elan edib ki, Krım və Donbas bölgələri Ukraynaya geri qaytarılmayana qədər Rusiya istiqamətli tətbiq edilən sanksiyalar davam edəcək.

Rusiya XİN-nin açıqlamasında xatırladılıb ki, Zelenski prezident səlahiyyətlərinə başladığı gün Donbasda atəşkəsin əldə edilməsinin birinci vəzifəsi olduğunu ifadə edib:

“Çətin qərarlar verməkdən qorxmadığını, prezidentlik vəzifəsini itirmək bahasına olsa da, sülhü təmin edəcəyini ifadə etmişdi. O zamandan bu yana radikal bir dəyişiklik olmayıb və dəyişən heç nə yoxdur”.

Rusiya XİN xatırladıb ki, Prezident Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında B planı, Minsk Anlaşması kimi mövzularda açıqlamalar verib:

“Parisdəki Normandiya formatında keçirilən toplantı zamanı verilən qərarların tətbq edilməsi üçün Zelenski hökuməti tələsmir. Digər tərəfdən, Ukraynada rus mədəniyyətinə və dilinə təzyiqlər davam edir. Rus dilində internet saytlarına giriş qadağasının müddəti uzadılıb”.

Xatırladaq ki, Ukrayna Prezidenti Zelenski ötən gün bildirib ki, COVİD-19 pandemiyasından sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Rusiya XİN-nin məlum mövqeyi isə əslində görüşün mümkünsüz olduğunu ifadə edir.


Müəllif: Cavad

Oxşar xəbərlər