29 May 2020 22:59
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda 14 yaşına qədər uşaqlar təyyarə ilə ölkədaxili pulsuz uçuş imkanı əldə edəcəklər.

Teleqraf.com xəbər verir ki, turizm sənayesini dəstəkləmək üçün hökumət tərəfindən atılan bu addım ölkə daxilində valideynlərlə səyahət edəcək uşaqların daşınması üçün aviaşirkətlərə ödəniş etməyə hazırdır.

Bir ailənin maksimum dörd uşağı bu güzəştdən istifadə edə biləcək.

Qazaxıstanda 2025-ci ilə qədər 3 milyon xarici və 8 milyon daxili turist qəbul etməyə ümid bəsləyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər