Koronavirus pandemiyasına görə, bu ilin aprel ayında Finlandiyada işsizlərin sayı iki dəfə artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat və Məşğulluq Nazirliyi məlumat yayıb.
Aprel ayının sonuna qədər məşğulluq orqanlarında 433 min 100 işsiz qeydiyyatdan keçib. Bu, daha əvvəlki ayla müqayisədə 124 min, 2019-cu ilin aprel ayı ilı müqayisədə isə 203 min 400 nəfər çoxdur. İllik hesablamada işsizlərin sayının artım tempinin 88 faizdən çox olduğu bildirilir.
İş axtaranlar arasında 25 yaşa qədər olanların sayı 56 min 300 nəfər təşkil edir ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 27 min 800 nəfər çoxdur.
İqtisadiyyat və Məşğulluq Nazirliyi işsizlərin, həmçinin işdən azad olunanların sayında yüksək artımın müşahidə olunmasını koronavirus epidemiyasına qarşı mübarizədə məhdudiyyətlərin tətbiqi ilə əlaqələndirir.