İran Bəşər Əsədi iqtidarda saxlamaq üçün Suriya kampaniyasına təxminən 30 milyard dollar xərcləyib. Özü də sanksiyaların olduğu bir dönəmdə. Suriyaya ya 20, ya da 30 milyard dollar verilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Tehrandan olan deputatı Həşmətullah Fələhatpişeh deyib.
Onun sözlərinə görə, İran xərclənən pulları Suriyadan geri qaytarmaq məcburiyyətindədir: "Əsəd bu pulu İrana qaytarmalıdır. Suriyada 9 ildir davam edən vətəndaş müharibəsində İran Əsəd rejimi üçün çox önəmli müttəfiq oldu. SEPAH Hizbullah kimi qruplaşmaları şəxsən maliyyələşdirib. İndi Suriya bu verilənləri geri qaytarmaq məcburiyyətindədir".