31 May 2020 18:25
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan iyunun 15-dən başlayaraq turistlər üçün sərhədlərini açacaq.

Teleqraf.com xəbər verir ki, ölkəyə yalnız 29 ölkədən gələn turistlər daxil ola bilər. Turistləri Afina və Saloniki beynəlxalq hava limanları qəbul edəcək.

Beləliklə, iyunun 15-dən Albaniya, Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Çin, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Almaniya, Macarıstan, İsrail, Yaponiya, Latviya, Litva, Livan, Malta, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Cənubi Koreya, İsveçrə və Finlandiyadan gələn vətəndaşlar ölkəyə daxil ola bilər. Siyahının iyulun 1-dən genişlənməsi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər