Ermənistanda son sutkada 697 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayımda deyib.
Onun sözlərinə görə, bu rəqəm o deməkdir ki, tibb müəssisələri artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil.
Paşinyan qeyd edib ki, son 24 saatda 6 nəfər COVID-19-dan ölüb, bu diaqnoz qoyulan daha 9 nəfər başqa xəstəliklərdən həyatını itirib. Nəticədə ölkədə infeksiyadan ölənlərin sayı isə 176 nəfərə yüksəlib.
Ümumilikdə yoluxanların sayı 11 221 nəfərdir.