Liviyadakı qardaşlarımızı əsla qiyamçı və legionerlərin insafına buraxmayacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin baş naziri Fayez Sərrac ilə görüşündən sonra mediaya açıqlamasında deyib.
“Liviyalı qardaşlarımıza dəstəyimizi koronavirus dönəmində də davam etdirdik. Qiyamçı Haftarın dinc sakinləri, xəstəxanaları, səhiyyə strukturlarını hədəf almasına baxmayaraq, Milli Razılıq Hökuməti lazımi tədbirləri gördü. Aprel ayında göndərdiyimiz tibbi vasitələrlə Liviyanı tək qoymadıq. Bundan sonra da lazımi yardımları göstərəcəyik”, - deyə Əroğan bildirib.