9 İyun 2020 20:16
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Venesuelaya qarşı sanksiya siyahısına 50-ə yaxın tankeri də salmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, həmin gəmilərin Venesuelaya neft məhsullarının daşınmasında istifadə olunduğu güman edilir. Onların sahibinin Yunanıstanda qeydiyyatdan keçmiş “Dynacom Tankers Management Ltd” və “NGM Energy SA” şirkətləri, həmçinin tanınmış kolumbiyalı iş adamı Aleks Saabdır.

Venesuela prezidenti Nikolas Maduronun ailəsi ilə bağlantıları olan A.Saab bundan əvvəl çirkli pulların yuyulmasında şübhəli bilinərək ABŞ-ın sanksiya siyahısına salınmışdı.

ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin İrandan Venesuelaya neft tədarükünü xeyli azaltdığı deyilir. Belə ki, İrana dair xüsusi nümayəndə Brayan Huk tətbiq etdikləri sanksiyaların azı 150 ədəd İran tankerini əhatə etdiyini açıqlamışdı. Bu arada “Reuters” agentliyi ABŞ hökumətinin Venesuelaya neft məhsullarının daşınması ilə bağlı 25 ədəd supertankeri və 17 ədəd nisbətən kiçik gəmini sanksiya siyahısına salmaq niyyətində olduğunu xəbər vermişdi.

Xatırladaq ki, iyunun 2-də OFAC İrandan Venesuelaya neft məhsulları daşıyan 4 şirkəti və 4 tankeri sanksiya siyahısına salıb. Həmin 4 şirkətdən 3-ü Marşall adalarında, 1-i isə Yunanıstanda qeydiyyatdan keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər