10 İyun 2020 16:14
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan hakimiyyətə gəldiyi ilk gündən keçmiş hakim zümrəni “üstünüzə asfalt tökəcəyəm” kimi şüarlarla təhdid etməyə başladı. İndi bir az sakitləşib, çünki əvvəllər bunu inqilab eyforiyasının məntiqi ilə diktə edirdi. Lakin hakimiyyətin zirvəsində və eyforiya dönəmində vəd etdiyi hədəflərin heç birinə müvəffəq ola bilmədi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

Ekspertin sözlərinə görə, əvvəllər yeganə güc mənbəyi cəmiyyət olan Ermənistan Baş naziri, indi həm obyektiv, həm də subyektiv səbəblərə görə bu gücü itirir:

“Obyektiv səbəblər hökumətin səmərəsizliyi, infantilizmi və ona olan inamın kəskin şəkildə azalması, pandemiya səbəbi ilə baş verən böhrandır. Bu şəraitdə eyni repertuarı təkrarlaya bilmir. Sual yaranır ki, müxalifəti sıradan çıxarmaq və dediyi kimi əzmək üçün resursu varmı?”

Çevriliş yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanı “qeyri-peşəkar” və “təcrübəsiz adlandıran Vigen Akopyan, təcrübəsizliyinin və qeyri-adekvat addımlarının ona baha başa gələ biləcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər