“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi Ermənistan Xarici İşlər Nazirliyi üçün prioritet olaraq qalır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan deyib.
Onun sözlərinə görə, 2019-cu ildə xalqları sülhə hazırlamaq və bunun üçün lazımi atmosfer yaratmaq barədə razılığa gəlmək mümkün oldu:
“Bu təşəbbüslərin bir hissəsi olaraq media nümayəndələrinin iştirak etdiyi bir qarşılıqlı səfər proqramı həyata keçirildi”.
Mnatsakanyan münaqişə zonasında vəziyyətin kəskinləşməsinin qarşısının alınmasının vacibliyinə toxunub.