Əfqanıstanın Kabil şəhərində yerləşən Şah Suri məscidində partlayış olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində biri imam olmaqla dörd nəfər ölüb. Onlarla yaralı var.
Partlayış cümə namazı zamanı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.