Türk Silahlı Qüvvələrinin (TSK) İraqın şimal hissəsində PKK-ya qarşı həyata keçirdiyi sürətli “Pəncə Pələng” əməliyyat davam edir.
Teleqraf.com xəbər verir ki, əməliyyatın 36 saatında TSK artilleriya, dron və qırıcılardan istifadə edərək 500-dən çox hədəfi darmadağın edib.
Müdafiə naziri Hulusi Akar əməliyyata nəzarət edib və komandirlərlə videokonfrans keçirib.
Nazir bildirib ki, əməliyyatı uğurla başa vuran TSK tarixə qızıl səhifələr yazacaq.