20 İyun 2020 14:55
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son 24 saat ərzində koronavirusudan 161 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya Səhiyyə Nazirliyi yayıb.
Bildirilir ki, Rusiyada son 24 saat ərzində 7 min 889 nəfərə yeni diaqnoz qoyulub, koronavirusa yoluxanların ümumi sayı 576 min 952-ə çatıb.

Ölənlərin sayı isə kritik həddi aşıb. Belə ki, son sutka ərzində 161 nəfərin ölümü ilə həyatını itirənlərin sayı 8 min 2-ə yüksəlib.

Rusiya koronavirusa ən çox məruz qalan üçüncü ölkədir. Son məlumatlarda ABŞ və Braziliya ilə bilikdə epidemiyanın yeni mərkəzi kimi göstərilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər