22 İyun 2020 17:45
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin israrlarına baxmayaraq terror təşkilatı kimi tanınmayan və ABŞ-ın Suriyada “müttəfiqi” sayılan PKK/PYD və YPG Vaşinqton adminstrasiyasının ötən həftə verdiyi qərardan sonra təşviş içindədir.

Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, ötən həftə rəsmi Vaşinqton Bəşər Əsəd və Əsma Əsəd başda olmaqla Suriyada bir sıra şəxslərə və qurumlara sanksiya tətbiq edəcəyini açıqlayıb.

Bundan dərhal sonra YPG/PYD terror təşkilatlarının nümayəndələri ilə ABŞ administrasiyası arasında təmaslar başlayıb. Terrorçular Bəşər Əsəd üzərində iqtisadi və siyasi təzyiqlər üçün başladılan sanksiyalardan kənarda qalmalarını tələb ediblər.

Adının açıqlanmasını istəməyən terrorçu “Röyter”ə deyib ki, bu sanksiyalar onların yerləşdiyi Suriyanın şimalına da təsir edəcək: “Nəticədə Suriya valyutası dəyərdən düşəcək. Onsuz da İraqla sərhəd qapalıdı və iqtisadi mühasirə vəziyyətindəyik. ABŞ-ın son addını ticarəti bir qədər də zəiflədəcək. Bizə muxtar bölgələrin bu sanksiyalardan kənarda tutulacağını dedilər. Amma bunun necə olacağını demədilər”.

ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bildirib ki, bu sanksiyalar humanitar yardımları əhatə etməyəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər