23 İyun 2020 13:15
9 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin erməni həmkarı Armen Sərkisyana ad günü münasibətilə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sərkisyanı doğum günü münasibətilə təbrik edən Putinin məktubunda erməniləri “qardaş” adlandırması da diqqətdən yayınmayıb:

“Rusiya-Ermənistan müttəfiq münasibətlərinin inkişafında fəal marağınız Rusiyada yüksək qiymətləndirilir. Əminəm ki, Avrasiyaya inteqrasiya prosesləri çərçivəsində konstruktiv ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın bundan sonra da qurulması qardaş xalqlarımızın əsas maraqlarına cavab verir”.

Əlbəttə, ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin nizamlanması ilə məşğul olan Rusiya başçısının işğalçını “qardaş” adlandırması birmənalı qaşılanmır.

Onu da qeyd edək ki, Putin bundan əvvəlki çıxışlarında rus çarı I Pyotrun ermənilərin Türkiyə və Azərbaycanla sərhədlərdə yerləşdirilməsi barədə vəsiyyətini də xatırlamışdı. Həmin çıxışında bu sözlərlə yadda qalmışdı: “Deyildi və yerinə yetirildi”.

Başqa sözlə, işğalçıya dəstəyi dövlət siyasətinə çevirmiş Rusiya və onun liderinin ermənilərə qardaşlıq mesajı ünvanlanması, kimin kim olduğunun, kimin yanında dayandığının açıq nümayişidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər