24 İyun 2020 10:00
28 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri gecə saatlarında Suriyada Bəşər Əsəd ordusunun Sələmiyyə və Səburra bölgələrindəki hərbi mövqelərini bombardman edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi “SANA” agentliyi məlumat yayıb.

Məlumatda İsrail qırııcılarının bölgədəki hərbi mövqeləri raketlərlə vurduğu bildirilib.

Eyni zamanda İsrail raketlərinin bir neçəsinin Əsəd ordusu tərəfindən zərərsizləşdirildiyi iddia olunub.

Qeyd olunan bölgədə Suriya ordusu ilə yanaşı, İran hərbi qüvvələri və bir sıra terror təşkilatları da mövqe tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər