Belarus Prezidenti Aleksandr Lukaşenko faşizm üzərində qələbənin 75-ci ildönümü ilə bağlı Moskvada keçirilən parad başa çatdıqdan dərhal sonra Minskə uçub.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Artıq Minskə uçduğunu təsdiqləyirik”, – deyə agentlik Belarusun Moskvadakı səfirliyinin nümayəndəsinin sözlərindən sitat gətirir. Lukaşenko paradda oğulları ilə birlikdə iştirak edib.
Belarus prezidenti Rusiyaya işgüzar səfərə bu gün gəlmişdi. Daha əvvəl – iyunun 19-da Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutmuşdu. Tərəflər telefon danışığı zamanı iqtisadi məsələlərin müzakirə edilməsi üçün Moskvada görüş keçirməyə razılaşmışdılar.