London polisi terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri saxlayıb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polis hazırda saxlanılan şəxslərin qaldıqları mənzillərin və istifadə etdikləri nəqliyyat vasitələrinin müəyyən edilməsi ilə məşğuldur. Saxlanılanların “İraq-Şam İslam Dövləti” qruplaşması ilə əlaqəli olub-olmadıqları araşdırılır.
Böyük Britaniya hökuməti ölkədə terror təhlükəsinin Suriyaya “İŞİD” terror qruplaşmasına qoşulmaq məqsədilə yollanan ölkə vətəndaşlarının sayının artması ilə bağlıdır.