8 Oktyabr 2014 01:12
643

Bu gün axşam saatlarında Çinin cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bir-birinin ardınca qeydə alınmış 3 zəlzələ Yunnan əyalətindəki Puer şəhəri yaxınlığında baş verib. Birinci 6,6 bal gücündə yeraltı təkan yerli vaxtla 21.49-da (Bakı vaxtı ilə saat 18.49-da) qeydə alınıb. İkinci 3,4 bal gücündə olan zəlzələ 15 dəqiqə sonra (hər ikisi yer səthindən 5 km dərinlikdə), üçüncü təkanlar isə yerli vaxtla 22.38-də (Bakı vaxtı ilə saat 19.38-də) 10 km dərinlikdə baş verib.

Güclü təkanlar əyalətin inzibati mərkəzi sayılan Kunmin şəhərində də hiss olunub./APA/


Müəllif: