8 Oktyabr 2014 11:03
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Federal Parlamenti “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı ABŞ-ın rəhbərliyi ilə koalisiya tərərfindən aparılan hava hücumlarına dəstək verəcəyini açıqlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentdə səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, 157 deputatdan 134-ü qərarın lehinə səs verib.

Qərarın qəbulundan sonra aşıqlama verən Kanadanın baş naziri Stefan Cozef Harper bunun Kanada üçün asan olmayacağını bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, İŞİD dünya və bəşəriyyət üçün ciddi təhlükədir: “İŞİD Şimali İraqda soyqırım törədir. Biz də İraq xalqının ağrılarını azaltmaq üçün bu hərəkatda iştirak edəcəyik. Hamı bü təhlükənin necə yaxın olduğunu bilməlidir. Biz Kanada olaraq üzərimizə düşəni edəcəyik”.

Qəbul edilən qərara əsasən, Kanada hava əməliyyatlarında havada yanacaq doldura bilən 1 ədəd CC-150 Polaris tanker təyyarəsi, 2 ədəd CP-140 «Avrora» müşahidə təyyarəsi, 6 ədəd CF-18 döyüş reaktivi və 600 nəfərlik ekipaj ilə iştirak edəcək. Kanada qüvvələri regionda hər hansı bir quru hərəkatında iştirak etməyəcək və 6 ay müddətində koalisiyaya yardım göstərəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər