İnterpol İran hökumətinin ABŞ prezidenti Donald Tramp barəsində “qırmızı xəbərdarlıq”la axtarış elan etmək müraciətini qəbul etməyib.
Teleqraf.com xəbər verir ki, İnterpol mövcud hüquqi qaydalara görə hər hansı müdaxilə və ya siyasi, hərbi, dini, yaxud irqi səciyyəli fəaliyyətləri üzərinə götürməsilə bağlı səlahiyyətinin olmadığını açıqlayıb.
Belə bir müraciətin İran tərəfindən gəlməsini təsdiqləməyən təşkilat belə bir şey olsa belə, onu yerinə yetirməyin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.
ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Kuk sözügedən müraciətin təbliğat xarakterli olduğunu, heç kimin ciddi qəbul etmədiyini bildirib.