18 İyul 2020 10:58
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Məhkəməsində 4 gün ifadə verən Kosova Prezidenti Haşim Taçi ölkəsinə qayıdarkən zurna-balabanla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Prezident Taçi 1998-1999-cu illərə Kosovada baş verən hərbi cinayətlərlə əlaqədar Hollandiyanın Lahey şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsində ifadə verib.

Qeyd edək ki, Lahey məhkəməsi Prezident Taçi və 9 nəfər sabiq hərbçini insanlığa qarşı cinayətdə ittiham edir. Buna görə, Kosova Qurtuluş Ordusunun 200-ə qədər keçmiş hərbçisi ifadə vermək üçün Laheyə dəvət edilib.

Prezident Taçi ifadə verib ölkəsinə dönərkən onu sərhəddə 10 minlərlə insan qarşılayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər