27 İyul 2020 22:24
3 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hizbullah terror təşkilatı Livan-İsrail sərhədlərindəki Şəba bölgəsində İsrail qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Mənbə əməliyyatların keçən həftə İsrailin Hizbullahın Suriyadakı mövqelərinə zərbə endirməsinə cavab olduğu bildirilib.

İsrail Silahlı Qüvvələri Livan sərhədlərində yaşayan vətəndaşlarına heç bir təhlükənin olmadığını, bu üzdən onları evlərini tərk etməməyə çağırıb.

İsrail ordusunun Livanın Qafarşuba bölgəsini hava hücumundan müdafiə sistemləri ilə hədəf aldığı bildirilib. Lakin qarşı tərəfin itkiləri barədə açıqlama verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər