30 İyul 2020 11:52
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyadakı restoranlardan birində baş verən partlayış zamanı 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yaponiyanın Koriyama şəhərində baş verib.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanları partlayışın baş verdiyi ərazidə 6 propan qaz balonu tapıb.

Ehtimal olunur ki, dəhşətli partlayış qaz sızmasından baş verib. Nəticədə yaxınlıqdakı bank, obyektlər və yaşayış evləri ciddi ziyan çəkib.


Müəllif: Cavad