10 Oktyabr 2014 13:35
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Baş Qərargah rəisi general Martin Dempseyn türkiyəli həmkarı Necdət Özəli Vaşinqtona dəvət edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kimi “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı koalisiya güclərinin hücumlarını müzakirə etmək olub. Ancaq Özəl bu təklifi rədd edib. Məlumatı Pentaqon rəsmisi də təsiqləyib. Verilən açıqlamalara görə, Özəlin təklifi rədd etməsi intensiv iş proqramı ilə bağlı olub və Özəli bu iclasda Baş qərargah rəsinin müavini general-polkovnik Ərdal Öztürk əvəz edəcək.

Qeyd edək ki, 20 ölkənin baş qərargah rəislərinin keçirəcəyi görüşün iki gün davam edəcəyi gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər