2 Avqust 2020 20:12
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son günlərin ən qalmaqallı və ən qranlıq hadisələrindən biri də Belarusda Rusiyanın "Vaqner" özəl hərbi şirkətinə aid olan 33 döyüşçünün həbs olunmasıdır. Belarus çox gərgin prezident seçkisı ərəfəsində olmasaydı, bəlkə bu hadisə o qədər də diqqət çəkməzdi və ya heç ümumiyyətlə baş verməzdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert xatırladıb ki, Rusiyada ilk və hələlik yeganə özəl hərbi şirkət olan "Vaqner"in yaradıcısı və sahibi "Putinin aşpazı" kimi tanınan oliqarx Yevgeni Priqojindir:

“Bir çox rusiyalı hüquqşünaslara inansaq, bu qurum ümumiyyətlə qeyri-qanunidir, çünki ölkə qanunvericiliyində belə qurumların yaradılması nəzərdə tutulmur. Priqojinin özünün də elə yaratdığı şirkət kimi çox çirkli reputasiyasının olduğu deyilir. Onun sovet vaxtı oğurluq, quldurluq, azyaşlıları fahişəliyə cəlb etmək ittihamları ilə 9 il həbs cəzası çəkdiyi məlumdur. Başqa sözlə, Putin siyasətinin əsas icraçıları priqojinlər, kadırovlar və digər bu, qəbildən olanlardır.

O, da maraqlıdır ki, son illər dünyanın bir çox ölkələrində həyata keçirilən uğursuz əməliyyatlara məhz "Vaqnerlər" cəlb edilir. Suriyada ABŞ ordusunun, Liviya və Suriyada Türkiyənin müttəfiqlərinin hədəfinə gələn “Vaqner” yüzlərlə sayda canlı qüvvəsini itirib”.

“Vaqner”in Belarusda görünməsinə gəldikdə, Ərəstun Oruclu bildirib ki, bütün bu avqustun 9-da bu ölkədə keçiriləcək seçkilər ətrafında cərəyan edir:

“Buna görə də əməliyyatın özündən tutmuş onun ətrafında baş verən müzakirələr və spekulyasiyalaradək az qala hər şey siyasi maraqlara xidmət edir. Bu da tamamilə təbiidir. Çünki Belarus başçısının durumu seçkiqabağı heç də ürəkaçan görünmür. Rusiya isə Belarusa Avropa ilə arasındakı bufer zona kimi baxır. Odur ki, bu, ölkədəki seçkilərin arxasında Rusiya maraqlarının gizlənməsi şübhə doğurmamalıdır. Rusiya ssenarisinin nədən ibarət olduğunu isə demək hələ ki, çətindir.

Amma bir şeyi dəqiq demək olar ki, ortada "Vaqner" varsa, söhbət heç də dinc ssenarilərdən getmir. Burda da təəccüblü bir şey yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər