7 Avqust 2020 13:00
3 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev Krım uğrunda mübarizə aparmadı, çünki yarımadanın heç vaxt Ukrayna torpağı olmadığını və krımlıların da əsla ukraynalı olmadığını bilirdilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin Ukraynanın ilhaq edilmiş Krım bölgəsindəki nümayəndəsi Aleksandr Moloxov deyib.

“Belarus prezidentinə hörmətlə yanaşırıq, amma nə söylədiyini bilmir. Krım heç vaxt Ukrayna torpağı olmayı, krımlılar da heç vaxt ukraynalı olmayıb”, - Moloxov bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyevin nümayəndələri də Krımın Ukrayna torpağı olmadığını aydın şəkildə anlayırlar: “Beləliklə, Aleksandr Qriqoreviç (Lukaşenko) səhv edir”.

Bundan əvvəl, Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Ukraynanın Krımı itirdiyini, çünki öz torpaqlarını qorumaq üçün gücü və istəyi olmadığını söyləyib. Onun sözlərinə görə, ilhaq baş verərkən Kiyev Krıma qarşı diqqətsiz olub.

Lukaşenko Ukrayna hakimiyyətin yerinə Krım üçün vuruşacağını da söyləyib və qeyd edib ki, bundan sonra Ukraynanın silahlı qüvvələri ölkə daxilində yüksək hazırlıq səviyyəsinə gətirməsi lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər