12 Avqust 2020 12:46
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Belarusda pirotexnik vasitələrin topdan və pərakəndə satışı qadağan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “BELTA” agentliyi Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

“Bununla əlaqədar olaraq ticarət subyektlərindən xahiş edirik ki, müvafiq qərarın normalarına ciddi əməl etsinlər və Belarus ərazisində pirotexnik vasitələrin topdan və pərakəndə satışının qarşısını almaq istiqamətində təcili tədbirlər görsünlər”, – deyə agentlik nazirliyin məlumatından sitat gətirir.

Daha əvvəl bildirilib ki, Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları əllərində tüstü bombası və odlu silah olan yeniyetmələri saxlayıblar. Onlar bu vasitələrdən polisə qarşı istifadə etmək istəyiblər.


Müəllif: Səxavət