15 Avqust 2020 21:19
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Komi Respublikasında “Vorqaşor” kömür mədənində baş verən qəza nəticəsində dörd nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, ilkin ehtimallara görə qəza şaxtanın örtüyünün sökülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində olub.

Məlumata görə, həlak olan şəxslərin cəsədləri dağıntılar altından çıxarılıb.

İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Hazırda qəzanın baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin 30 əməkdaşı və 7 texnikası fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər