17 Avqust 2020 13:53
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalifətin etirazları və müəssisələrə tətillər nəticəsində Belarus iqtisadiyyatı üçün itkilər on milyonlarla dollar təşkil edir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı ekspert Dmitri Bolkunets söyləyib.

“Hər gün etirazlar səbəbindən ölkə iqtisadiyyatı on milyonlarla dollar zərər görür, bəlkə də daha çox. Belarusda müəssisələr tətil edirsə, bunlar böyük itkilərdir və bu gün isə ölkədə genişmiqyaslı tətillər başlayıb”, - ekspert deyib.

Onun fikrincə, insanlar tələblərini sona qədər müdafiə edəcəklər: “Bu vəziyyətdə Lukaşenko möcüzəyə inanır”.

Bolkunetsin proqnozlarına görə, müəssisələr üçün tətillər davam edərsə, Belarus iqtisadiyyatı tamamilə iflic ola bilər.

Belarusda kütləvi etirazlar avustun 9-da hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qazandığı prezident seçkilərindən sonra başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər