ABŞ Dövlət Departamenti kollec və universitetlərə vəsaitlərini Çin şirkətlərinin aktivindən çıxarmaq üçün xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, İqtisadi artım, enerji və ətraf mühit üzrə katiblikdən bununla bağlı məktəblərə məktub göndərib.
ABŞ universitetlərinin direktorlar şuralarına göndərilən məktubda Çin səhmlərinin tutulması məsələsində daha tələbkar tədbirlərin görüləcəyi bildirilib:
“Çin şirkətlərinin səhmləri il sonuna qədər ABŞ birjalarından çıxarıla bilər. Universitetlər Çin şirkətlərinin səhmlərinin ləğv edilməsi məsələsində ehtiyatlı olsunlar. Bu səhmlərin tutulması Çin şirkətlərinin yüksək maliyyə risklərinə səbəb olacaq”.
Məktəb gəlirləri ilə bağlı xəbərdarlıq Tramp administrasiyasının Çin hökuməti və müəssisələrinə qarşı apardığı kampaniyada yeni cəbhə açır. 2019-cu ildə aparılan araşdırmaya görə, ABŞ-dakı kollec və universitet fondları daha yüksək gəlir hədəflədiyi üçün Çin şirkətlərinə milyardlarla dollar investisiya yatırıb.