20 Avqust 2020 20:10
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə öz müdafiə sənayesini inkişaf etdirdiyi halda, Yunanısan özünü məhv etdi. Həm itmiş, həm də məğlub vəziyyətindəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan kəşfiyyatının keçmiş rəhbəri Savas Kalenderidis deyib.

O, 20 ildir Türkiyənin öz müdafiə sənayesini gücləndirdiyini bildirib:

“Ərdoğanın liderliyindəki Türkiyə sürətlə güclənir. Etiraf etmək lazımdır ki, Türkiyə sözün həqiqə mənasında möcüzələr gerçəkləşdirir. Buna paralel olaraq isə Yunanıstan öz müdafiə sənayesini parçalayır.

Yunanıstan Türkiyənin məqsədlərini başa düşə bilmir. Yunan siyasətinin qiymətləndirmə bacarığı çox zəifdir. Başqa sözlə, Türkiyənin qərarlarını və davranışlarını düz qiymətləndirə bilmirik. Yunanıstanda planlaşdırma həyata keçirə bilən bir hökumət yoxdur. Başqa sözlə, həm məğlub olmuş, həm də itmiş vəziyyətdəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər