2 Oktyabr 10:04
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin siyasi liderləri İranın ölkələrinə raket zərbələrinə reaksiya veriblər.

Teleqraf.com xəbər verir ki, Milli Birlik Partiyasının sədri, keçmiş müdafiə naziri Benni Qantz İsrailin İranı birbaşa vurmaq üçün ciddi imkanlara malik olduğunu deyib.

“İsrail dövləti İrana zərbə endirmək üçün illərdir inkişaf etdirilən imkanlara, hökumət güclü və qətiyyətlə hərəkət etmək üçün tam dəstəyimizə malikdir”, - sabiq nazir vurğulayıb.

Demokratlar Partiyasının sədri Yair Qolan İranın raket hücumunun müharibə elanı olduğunu bildirsə də, İsrailin tələsməməli olduğunu qeyd edib.

“İsrail İrana hücumun qəti, dəqiq və təsirli olması üçün amerikalılar və regional qüvvələrlə koordinasiyanı təmin etməlidir”, - Qolan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər