2 Oktyabr 19:47
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hökumət əleyhinə mitinq başlayıb.

Teleqraf.com xəbər verir ki, mitinq paytaxt İrəvanın “Respublika” meydanında keçirilir.

Aksiyaya “Müqəddəs hərəkat”ın rəhbəri, keşiş Baqrat Qalstanyan liderlik edir.

Meydanın ətrafında polis və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Polis və Milli Təhlükəsizlik Xidməti mitinqdən bir neçə saat əvvəl aksiyada iştirak edəcək şəxslərə müraciət edərək, qanunsuz əməllərdən çəkinməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər