Belarus Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi, general Ruslan Kosıgin ölkəyə qarşı kəşfiyyat fəaliyyətlərinin gücləndiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, general Belarusa qarşı qonşu ölkələrdən təhlükə olduğunu bildirib.
“Ölkəmizə qarşı kəşfiyyat işləri ciddi şəkildə güclənib. Kəşfiyyat təyyarələri ilə qonşu ərazidə həyata keçirilən uçuşlar nəticəsində bu kimi fəaliyyətlərin artdığını müşahidə edirik”, - Kosıgin söyləyib.
O qeyd edib ki, bundan əvvəl ABŞ və Polşa qonşu ölkədə Amerika hərbi qüvvələrinin sayının artırılması barədə saziş imzalayıb.
Kosıginin həm strateji, həm də taktiki səviyyədə kəşfiyyat təyyarələri haqqında danışdığını, döyüş aviasiya uçuşlarının intensivliyinin artdığını deyib: “Hər gün demək olar ki, ikiqat artım görürük. Ötən gün təxminən 42 uçuş qeydə alınıb, bunlar hamısı dövlət sərhədi istiqamətində baş verir”.
O, bunun gələcəkdə qarşıdurmaya çevrilə biləcəyindən narahatlığını bildirib.