Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqla gözlənilən çıxışı və Qara dənizdə təbii qaz yataqlarının kəşfi yunan mediasında müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, türk liderinin “Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdi” açıqlaması manşetlərə daşınıb.
Yunan mediası Prezident Ərdoğanın iki gündür maraqla gözlənilən çıxışını canlı olaraq yayımlayıb.
Çıxış qonşu ölkənin mediasında “Ərdoğanın sürprizi: 320 milyard kubmetr təbii qaz ehtiyatı tapdılar” başlığı ilə manşetlərdə yer alıb. Məlumatlarda Türkiyənin həm Qara, həm də Aralıq dənizlərində yeni yataqlar kəşf edəcəyi istisna olunmayıb.
Yunan mediası yeni yataqların kəşfi ilə Türkiyənin bölgədəki mövqelərinin daha da güclənəcəyi narahatlığını da gündəmə gətirib.