22 Avqust 2020 13:37
4 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin başçısı Araik Arutyunyan Xankəndi-Əsgəran avtomobil yolunun təmiri ilə tanış olub.

Telqraf.com xəbər verir ki, bu barədə terrorçuların başçısı özünün Feysbuk səhifəsində məlumat verib.

O, strateji əhəmiyyətə malik yolun bu il istismara veriləcəyini bildirib.

Arutyunyan bunun bölgədə gecə işıqlandırması ilə təmin ediləcək ilk şəhərlərarası avtomobil yolu olacağını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər