Yaponiyanın cənubunda tüğyan edən “Fonfon” qasırğasının törətdiyi fəlakətlər nəticəsində ən azı 35 nəfər xəsarət alıb.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, təbbi fəlakət səbəbindən hökumət Okinava və Kyusu bölgəsindən 150 min insanı evakuasiya edib.
Son məlumatlara görə, sürəti saatda 180 kilometra çatan külək 60 min evi işıqsız qoyub. Kyusuda qatarların hərəkəti dayandırılıb. Bölgədə fövqəladə hal elan edilib.
Qasırğanın hələ bir neçə gün davam edəcəyi gözlənilir.
Samir