ABŞ-ın İraqın paytaxtı Bağdaddakı Taci hərbi bazasında yerləşmiş Anti-İŞİD Koalisiya Qüvvələri geri çəkilib.
Teleqraf.com xəbər verir ki, geri çəkilmə çərçivəsində boşaldılan baza İraqın təhlükəsizlik orqanlarına təhvil verilib.
“Koalisiya qüvvələri Taci hərbi bazasındakı 8 nömrəli mövqeni İraq qüvvələrinə təhvil verdi”, - İraq Silahlı Qüvvələrinin nümayəndəsi, general-polkovnik Təhsin Həfəci deyib.
Təhvil verilən bazada ABŞ, Avstraliya və Yeni Zelandiya qüvvələrinin İraq hərbçilərinə təlim keçdiyini bildirən Həfəci buranın artıq İraq ordusu tərəfindən istifadə olunacağını qeyd edib.
Koalisiya qüvvələri bundan əvvəl də bir neçə hərbi bazanı İraq Silahlı Qüvvələrinə təhvil vermişdi.