25 Avqust 2020 23:42
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ Prezidenti Donald Trampın bu ölkə ilə müzakirələrə başlamaq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, iranlı diplomat müzakirəyə başlamağın yeganə yolunun ABŞ-ın yenidən nüvə sazişinə qayıtmasından və tövbə etməsindən keçdiyini deyib.

Səid Xətibzadə sonda iddia edib ki, əgər ABŞ tərəfindən tətik mexanizmi işə salınsa, bu, BMT-nin 2231 saylı qətnaməsi və nüvə razılaşmasının pozulması hesab ediləcək və İran buna sərt cavab verəcək.

Donald Tramp bir müddət əvvəl bildirmişdi ki, İran ABŞ-dakı seçkilərin nəticələrini gözləyir və əgər o, yenidən seçilsə, bir aydan az müddət ərzində rəsmi Tehran Vaşinqtonla müzakirələrə başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər