Latviya Hava Hücumundan Müdafiə Sisteminin yaradılması üçün 140 milyon avro xərcləyəcək.
Teleqraf.com-un məlumatına görə, “Lms.lv” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Latviyanın Müdafiə naziri Raymond Veyonis çıxış edib.
O, Ukrayna böhranı başlayan gündən bəri rus təyyarələrinin Latviya sərhədləri yaxınlığında 170 dəfə uçduğunu qeydə aldıqlarını bildirib:
“Əgər kiminsə bizə kömək etməsini istəyiriksə, əvvəlcə gərək özümüz dövlətin müdafiəsini təşkil edək. Biz özümüz müdafiəni təşkil edə bilmiriksə, başqalarından da kömək gözləməyə dəyməz”.