29 Avqust 2020 14:58
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Hava Qüvvələri qeyri-adi təlim keçib. Qırıcılar avtomobil yoluna enərək yenidən havaya qalxıb.

Teleqraf.com xəbər verir ki, təlim Kiev-Çop avtomobil yolunda gerçəkləşdirilib.

Təyyarələr sürətlə yola enib. Bəzi təyyarələr təkərlərini yola toxundurara yenidən havaya qalxıb. Təlimlər canlı yayımlanıb. Təlim vaxtı kiçik qəzalar da meydana gəlib.

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı avtomobil yoluna enərkən zədələnib.


Müəllif: Cavad