31 Avqust 2020 11:30
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstefa qərarı verən Yaponiya Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinə zəng edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kyodo News” məlumat verib.

Ehtimal olunur ki, Yaponiya baş naziri vəzifəsindən ayrılma qərarı barədə Rusiya prezidentinə şəxsən məlumat verəcək.

Abe və Putin arasında telefon zəngi Amerika Prezidenti Donald Trampla ilk telefon danışıqlarından sonra baş tutacaq. ABŞ və Yaponiya liderləri Şimali Koreyaya qaçırılan yaponlar və Tokionun müdafiə strategiyasını yeniləmək planlarını müzakirə ediblər.

Bundan əlavə, Abe Trampa işbirliyinə görə təşəkkür edib, bunun sayəsində ölkələr arasındakı ittifaqın hər zamankından daha güclü olduğunu deyib.

Yaponiya baş nazirinin istefası avqustun 28-da elan olunub. Qərar səhhətindəki problemlərə görə verilib. Abe vəzifələrini yerinə yetirə bilmədiyi üçün üzr istədiyini və Rusiya ilə barışıq müqaviləsi bağlamadığına görə təəssüfləndiyini söyləyib. Ölkə liderinin varisinin hökumətin baş katibi Yoşixide Suqu olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər